Operativ Məlumat Mərkəzi

Braziliya İsraildəki vətəndaşlarını təxliyə edəcək

1 dəq
Paylaş:
Braziliya İsraildəki vətəndaşlarını təxliyə edəcək
bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva "X" hesabında paylaşım edib. Dövlət başçısı paylaşımda ilk təyyarənin Təl-Əviv-ə endiyini qeyd...

Braziliya İrsaildəki vətəndaşların təxliyəsi üçün təyyarə göndərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva "X" hesabında paylaşım edib.

Dövlət başçısı paylaşımda ilk təyyarənin Təl-Əviv-ə endiyini qeyd edib. İsrailə daha 5 təyyarə göndəriləcəyini bildirən Prezident, "Federal hökumət bölgədəki sülh prosesi üçün mümkün olan hər şeyi etməyə çalışır. Bunu tələb edən bütün braziliyalıların ölkələrinə qayıtmasını təmin edəcəyik", - deyə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər