Əsas məzmuna keç

Böyük Britaniyada COBRA-nın iclası çağırılıb

Böyük Britaniyada COBRA-nın iclası çağırılıb

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədə kütləvi hal almış ultrasağçıların etirazları səbəbindən COBRA komitəsinin təcili iclasını çağırıb. Bu...

Böyük Britaniyanın Baş naziri Kir ölkədə kütləvi hal almış ultrasağçıların etirazları səbəbindən COBRA komitəsinin təcili iclasını çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

"Toplantı bu gün, yəni Dauninq-stritdə quldurların sığınacaq axtaranların məskunlaşdığı hotellərə basqın etmək cəhdindən sonra şiddətlənən zorakılığın altıncı günündə baş tutmalıdır", – məlumatda bildirilib.

İclasda nazirlər, rəsmilər, və kəşfiyyatçılar iştirak edəcəklər. COBRA-nın məqsədi fövqəladə hallara cavab planını müzakirə etməkdir.

Bundan əvvəl Böyük Britaniya Daxili İşlər Nazirliyi etirazlar fonunda məscidlərdə təhlükəsizliyi gücləndirmək üçün 30 milyon avro ayırmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…