Operativ Məlumat Mərkəzi

Böyük Britaniya Nigerdəki səfirlik işçilərini ixtisar etmək qərarına gəlib

1 dəq
Paylaş:
Böyük Britaniya Nigerdəki səfirlik işçilərini ixtisar etmək qərarına gəlib

İyulun 26-da Nigerdəki ​​çevrilişdən sonra İngiltərə bu ölkədəki səfirlik işçilərinin sayını azaltmaq qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Nigerdə ​​hakimiyyətin ordu tərəfindən ələ keçirilməsinin etirazlara və iğtişaşlara səbəb olduğu bildirilib və sözügedən etirazların şiddətli ola biləcəyi, vəziyyətin sürətlə dəyişə biləcəyi vurğulanıb.

“Təhlükəsizlik vəziyyəti ilə əlaqədar Böyük Britaniyanın Niameydəki səfirliyi müvəqqəti olaraq işçilərin sayını ixtisar edir”, - deyə məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər