İsrail rəsmiləri Birləşmiş Millətlər Təşkilatının (BMT) sisteminə bütün cəbhələrdə hücum edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TASS-a açıqlamasında Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Cozep Borrel deyib.
Borrell əlavə edib ki, İsrail hökuməti təşkilatın baş katibi Antonio Quterreşi antisemit, BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyini (UNRWA) terror təşkilatı kimi görür.
Onun sözlərinə görə, bu, BMT-yə geniş hücumdan xəbər verir.