Qəzzadakı döyüşlərdə humanitar fasilə olmalıdır, prioritet bölgəyə yardımın çatdırılmasıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) xarici siyasət şöbəsinin rəhbəri Jozep Borrel deyib.
"Qəzzada humanitar pauza olmalıdır. Humanitar pauza bu gün müzakirə olunacaq. Bu, humanitar yardımın bölgəyə çatdırılması və paylanması üçün lazımdır".