Əsas məzmuna keç

Venesuelada 1 milyondan çox insan humanitar yardıma ehtiyac duyur

Venesuelada 1 milyondan çox insan humanitar yardıma ehtiyac duyur

UNICEF-in hesabatına görə, Karakasda 432 məktəb dağılıb, 7,5 maqnitudalı təbii fəlakət nəticəsində 1450 nəfər həlak olub. Minlərlə uşaq köməksiz qalıb.

en ru

Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələlərdən sonra təxminən 1,8 milyon insan, o cümlədən 680 minə yaxın uşaq humanitar yardıma duyur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı BMT-nin Uşaq Fondu () məlumat yayıb.

UNICEFin açıqlamasında qeyd olunub ki, təbii fəlakətdən zərər çəkən əhalinin böyük hissəsini uşaqlar təşkil edir.

Təşkilatın Venesueladakı nümayəndəsi Manuel Rodriges Pumarolun sözlərinə görə, ölkədə xəstəxanalar imkanlarının son həddində fəaliyyət göstərir, minlərlə uşaq təmiz içməli suya etibarlı çıxışdan məhrumdur, çoxsaylı məktəblər isə ciddi ziyan görüb.

Bildirilib ki, paytaxt Karakasda 432 məktəbə ziyan dəyib ki, bu da regiondakı bütün təhsil müəssisələrinin üçdə birindən çoxunu təşkil edir. Salamat qalan məktəblərin bir hissəsi isə evsiz qalmış ailələr üçün müvəqqəti sığınacaq kimi istifadə olunur.

Xatırladaq ki, iyunun 24-də Venesuelada iki baş verib. Geoloji Xidmətinin məlumatına görə, birinci zəlzələnin maqnitudası 7,2, ikinci zəlzələnin maqnitudası isə 7,5 olub. Bundan sonra 512 afterşok qeydə alınıb.

Venesuela hökumətinin son məlumatına əsasən, zəlzələlər nəticəsində həlak olanların sayı 1450-yə çatıb. Hazırda 3200-dən çox yaralı xəstəxanalarda müalicə alır. nəticəsində çoxlu sayda yaşayış evi dağılıb, infrastruktur və xəstəxanalara ciddi ziyan dəyib, ölkənin əsas hava limanının fəaliyyəti isə dayandırılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…