Bolqarıstanın cənub-şərqində leysan yağışların səbəb olduğu sel nəticəsində 2 nəfər həyatını itirib, 3-ü isə itkin düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bolqarıstan xəbər agentliyi məlumat yayıb.
Baş nazir Nikolay Denkov ölkənin Qara dəniz sahilində yerləşən Tsarevo şəhərində daşqınların insan tələfatına səbəb olduğunu açıqlayıb. Denkov bölgədəki vətəndaşların təxliyə edildiyini və bunun təhlükəli olduğu səbəbi ilə bölgədə çimməmək barədə xəbərdarlıq edildiyini bildirib.