Əsas məzmuna keç

Bolqarıstan Prezidenti Bakıya gəlir: WUF13-də iştirak edəcək

Bolqarıstan Prezidenti Bakıya gəlir: WUF13-də iştirak edəcək

Rumen Radev paytaxtımıza gəlir. Ümumdünya Şəhərsalma Forumunun mühüm toplantısında hansı qərarlar veriləcək? Səfərin proqramı və müzakirə olunacaq mövzular.

en ru

Prezidenti İliyana Yotova Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyası () çərçivəsində Liderlər Sammitində iştirak etmək üçün 17-19 may tarixlərində Azərbaycana səfər edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Bolqarıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, onun səfəri İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Liderlərin sammiti ilk dəfə WUF çərçivəsində mayın 18-də keçiriləcək.

İ.Yotova səfər çərçivəsində Prezidenti ilə görüşəcək.

Bolqarıstan nümayəndə heyətinin tərkibinə Veliko-Tırnovo meri, Bolqarıstanın Milli Bələdiyyələr Assosiasiyasının İdarə Heyətinin sədri Daniel Panov da daxil olacaq. WUF13-də həmçinin Bolqarıstanın müxtəlif bölgələrindən yerli hakimiyyət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…