Əsas məzmuna keç

Azərbaycan və Keniya şəhərsalma sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Keniya şəhərsalma sahəsində əməkdaşlıq edəcək

Bakı və Nayrobi arasında memarlıq layihələri üzrə işbirliyi genişlənir. Dayanıqlı infrastruktur və birgə fəaliyyət planında nələr var? Detallar xəbərimizdə.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

WUF13 çərçivəsində Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniya Respublikasının , İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında şəhərsalma və dayanıqlı inkişaf sahəsində Anlaşma Memorandumu imzalanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome imzalayıblar.

Memorandum inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılması, dayanıqlı urbanizasiya, , mənzil siyasəti və müasir şəhər inkişafı yanaşmaları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlib. Sənəd, həmçinin torpaq istifadəsi və şəhərsalma sahəsində təcrübə mübadiləsini, “ağıllı” və dayanıqlı şəhər həllərinin təşviqini, eləcə də beynəlxalq təşəbbüs və platformalarda əməkdaşlığı nəzərdə tutur.

Sənədin imzalanması tərəflərin dayanıqlı urbanizasiya, ərazi planlaşdırılması və müasir şəhər infrastrukturunun inkişafı sahələrində uzunmüddətli əməkdaşlığa, qabaqcıl təcrübə mübadiləsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə qarşılıqlı marağını təsdiqləyir.

Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev də iştirak edib.

Səfər çərçivəsində Keniya WUF13 Urban Expo sərgisində təqdim olunan Azərbaycan Pavilyonu ilə də tanış olub. Pavilyonda ölkənin dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi müasir yanaşmalar, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində aparılan bərpa layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” həlləri, eləcə də mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslər nümayiş etdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…