BMT Livan-İsrail sərhədində vəziyyətin gərginləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Sky nuys”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Livandakı sülhməramlı missiyasının komandiri Aroldo Lazaro deyib.
O, belə bir ssenarinin real olduğunu bildirib.
A.Lazaro tərəfləri hərbi əməliyyatları dayandırmağa, atəşkəsə çağırıb.