ABŞ BMT-yə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında müharibədə müvəqqəti atəşkəsə çağıran qətnamə təklif edib və bu qətnamədə Təl-Əvivin Qəzza zolağının Misirlə sərhədindəki Rəfah şəhərində quru əməliyyatı keçirməsi təhlükəsi barədə xəbərdarlıq edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bloomberg” sənədin surətinə istinadən məlumat yayıb.
Qətnamənin mətnində qeyd olunub ki, İsrailin Rəfaha hücumu “mülki əhalinin daha çox zərər çəkməsinə və onların, o cümlədən potensial olaraq qonşu ölkələrə köçürülməsinə gətirib çıxaracaq ki, bu da regionun sülhü və təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb olacaq”.