Birinci Qarabağ müharibəsində şəhid olan 192 nəfərə yaxın insan qalıqları ekshumasiya edilib

Birinci Qarabağ müharibəsində şəhid olan 192 nəfərə yaxın insan qalıqları ekshumasiya edilib
10.03.2025 10:07
Aa
dəq

Azərbaycanın müxtəlif şəhər və rayonlarında 23 qəbiristanlıqda şəxsiyyəti müəyyənləşdirilmədən dəfn edilmiş 192 Birinci Qarabağ mübaribəsi şəhidinin qalıqları ekshumasiya edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında məlumat verilib.

2025-ci il martın 1-nə olan məlumata əsasən, 165 meyitin kimliyi müəyyənləşib və ailələrinə təhvil verilib.

Həftənin ən çox oxunanları