Operativ Məlumat Mərkəzi

“Birinci hissə önə keçə bilərdik” – İnzaqi

1 dəq
Paylaş:
“Birinci hissə önə keçə bilərdik” – İnzaqi
o, fasilədən sonra rəqibin əks-hücumlar etdiyini bildirib: “Fiziki cəhətdən güclü komandaya qarşı əla oyun keçirtdik. Birinci hissə önə keçə bilərdik....

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/8 finalının “Portu” ilə matçından sonra (1:0) açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, fasilədən sonra rəqibin əks-hücumlar etdiyini bildirib:

“Fiziki cəhətdən güclü komandaya qarşı əla oyun keçirtdik. Birinci hissə önə keçə bilərdik. Yaxşı fürsətləri əldən verdik. İkinci hissə rəqib çox təhlükəli əks-hücumlar etdi. Əvəzetmələr bizə çox kömək etdi.

İlk hissə topla daha sürətli oynamalı olduq. Hücumları daha keyfiyyətli və sürətli qurmaq lazım idi. Tempi artırmaq olardı”.

“Portu” – “İnter” duelinin cavab qarşılaşması martın 14-də Portuqaliyada keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər