Əsas məzmuna keç

Biləsuvarda qaz kəsiləcək

Biləsuvarda qaz kəsiləcək

Sabah Biləsuvar rayonunun mərkəzində və 4 kəndində təbii qazın verilişində fasilə yaranacaq. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Biləsuvar Rayon...

Sabah rayonunun mərkəzində və 4 kəndində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, Biləsuvar Qaz Paylayıcı Şəbəkəsindən 5 məntəqəsində (Biləsuvar şəhəri, Xırmandlı, Bəydili, Muğan və Ağalı kəndlərinin bir hissəsində) 2 150 abonenti təbii qazla təmin edən ortaq təzyiqli, yeraltı qaz xəttinin təbii qazla kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər başa çatana qədər təbii qazın verilişi dayandırılacaq.

"Abonentlərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, tədbirlərinə riayət etsinlər", - deyə məlumatda qeyd olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…