Əsas məzmuna keç

İstehlaka yararsız 227 kq at əti aşkarlanıb

İstehlaka yararsız 227 kq at əti aşkarlanıb

AQTA və polisin Masallıdakı reydi ilə Bakıya daşınan mənşəyi məlum olmayan qidanın qarşısı alındı. Biləsuvar sakininin qanunsuz əməli və saxlanılan şəxslər burada.

en ru

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" AQTA-dan məlumat verilib.

Qeyd edilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz olaraq kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə şəhərinə aparmağı planlaşdırdığı məlum olub.

Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…