Əsas məzmuna keç

Bəzi iaşə obyekti sahibləri barədə inzibati tənbeh tədbirləri görülüb

Bəzi iaşə obyekti sahibləri barədə inzibati tənbeh tədbirləri görülüb

bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Zığ qəsəbəsində yerləşən bir hotelin ətrafında məişət tullantılarının qalaqlanması,...

əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə bəzi otel və obyektinin sahibləri barəsində inzibati tətbiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Zığ qəsəbəsində bir hotelin ətrafında məişət tullantılarının qalaqlanması, Hövsan qəsəbəsində isə bir iaşə obyektində istismar müddətində ekoloji tələblərin pozulması aşkar olunub.

Həmin hotel və iaşə obyektinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Nərimanov rayonu ərazisində keçirilən tədbir zamanı isə bir restoranda ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulması aşkar olunub.

Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh tədbiri tətbiq edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…