AFFA-nın sabiq texniki direktoru Bernard Lippert “Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Borussiya” ilə oyunu barədə fikirlərini bölüşüb. Almaniyalı mütəxəssis Azərbaycan komandasının özünəinamının artdığını, Dortmund təmsilçisinin isə son iki-üç həftədə ideal formasından uzaq olduğunu bildirib.
Lippert qeyd edib ki, kağız üzərində Almaniya klubu favorit sayılsa da, “Sabah”ın nəticə qazanmaq üçün yaxşı imkanı var. Onun sözlərinə görə, hər il autsayder komandaların şans qazandığının şahidi oluruq.
Mütəxəssis ilin əvvəlində “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt”ı (Frankfurt) 3:2 hesabı ilə məğlub etdiyini xatırladıb. Lippert həmin oyuna görə Bakıya gəldiyini deyib. O bildirib ki, “Sabah”da ehtiras və qalib gəlmək istəyi olarsa, hər şey mümkündür. Çempionlar Liqasının komanda üçün ilk dəfə olduğunu və yeni macəra sayıldığını vurğulayıb.
Lippert Dortmund klubu ilə sıx əlaqəsinin olmadığını, Almaniyaya da çox səfər edə bilmədiyini söyləyib. Hazırda FIFA-da çalışan mütəxəssis 15 yaşadək futbolçular arasında keçiriləcək turnirlə bağlı çərşənbə günü Bakıda olacağını bildirib və “Sabah”a uğurlar arzulayıb. “Sabah” – “Borussiya” oyunu bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.