Əsas məzmuna keç

Berlində metallurgiya zavodu yanır

Berlində metallurgiya zavodu yanır

Almaniyanın Berlin şəhərində “Diehl Applications” metallurgiya zavodu yanır.

"Operativ Məlumat Mərkəzi-OMM" “”ə istinadən xəbər verir ki, bu barədə Berlinin yanğınsöndürmə xidmətinin nümayəndəsi Vensel bildirib.

Onun sözlərinə görə, binanın dörd mərtəbəsi tamamilə yanıb, bir hissəsi uçub: “Yanğını nəzarət altına almaq mümkün deyil”.

A.Vensel bildirib ki, binanın daxilində maddələrdə yanır: “Orada sulfat turşusu və mis sianid də saxlanılırdı”. O qeyd edib ki, hidrogen sianid zəhərləyici turşunun yaranması təhlükəsi var. İnformasiyaya əsasən, hadisə yerinə 130 yanğınsöndürən cəlb edilib. Sakinlərə pəncərələri bağlamaq məsləhət görülüb. Xilasedicilər kimyəvi maddələrdən qorunmaq üçün kostyumlar geyinib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…