Əsas məzmuna keç

Bərdə və Ağdamda silah alveri edən dəstənin üzvləri tutulub - FOTO

Bərdə və Ağdamda silah alveri edən dəstənin üzvləri tutulub - FOTO

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bir qrup şəxsin və Ağdam rayonları ərazilərində silah-sursat satışı həyata keçirməsi ilə əlaqədar olaraq əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polisə Ağdam rayon sakinləri əvvəllər məhkum olunmuş 34 yaşlı Ağasif Abdullayev, tanışı 36 yaşlı Şünasib Hüseynov, 24 yaşlı Cavid Quliyev və Bərdə rayon sakini 29 yaşlı Vüsalə Həsənova ilə qabaqcadan əlbir olaraq qrup şəklində birləşərək dekabr ayı ərazində qanunsuz olaraq odlu silah və onun kompleks hissələrinin satışını təşkil etdikləri barədə əməliyyat məlumatları daxil olub.

Dekabr ayının 23-də qrup üzvləri A.Abdullayev, Ş.Hüseynov və V.Həsənova növbəti dəfə odlu satmaq istəyən zaman Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “Makarov” tapançası, 6 ədəd patron darağı və 168 ədəd patron aşkarlanıb.

Tədbirin davamı olaraq həmin odlu silah-sursatları qanunsuz olaraq əldə edib saxlayan və satmaq məqsədi ilə dəstə üzvlərinə təqdim edən qrupun digər üzvü C.Quliyev də Zəngilan rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanıb. A.Abdullayev,Ş.Hüseynov, V.Həsənova və C.Quliyevə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qrup üzvlərinin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…