Əsas məzmuna keç

Bərdədə silahlı şəxs saxlanıldı

Bərdədə silahlı şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində Bərdə rayonunda qanunsuz silah-sursat tapılıb. Saxlanılan şəxsin evindən tapılan sübutlar barədə detallar:

en ru

Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, patron darağı və 29 ədəd mərmi aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…