Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq CNN-in ABŞ və İran arasında mümkün anlaşma memorandumu kimi təqdim etdiyi mətnin real sənədin məzmununu əks etdirmədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Çeunq bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Ağ Ev rəsmisi qeyd edib ki, CNN tərəfindən əldə edildiyi iddia olunan memorandum mətni faktiki anlaşma memorandumunun dilinə uyğun deyil.
“CNN tərəfindən əldə edilən Anlaşma Memorandumunun ehtimal olunan mətni faktiki Anlaşma Memorandumunun dilini əks etdirmir”, – deyə Stiven Çeunq bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı müzakirələr fonunda sənədin şərtləri və tərəflərin öhdəlikləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.