Əsas məzmuna keç

Zelenski iyunun sonunda Polşaya səfər edəcək

Zelenski iyunun sonunda Polşaya səfər edəcək

Rəsmi Varşava və Kiyev arasında yaranan gərginlik fonunda Ukrayna lideri Qdanskda keçiriləcək beynəlxalq konfransa qatılacaq. Səfərin detalları bəlli olub.

en ru

Prezidenti Volodimir Zelenskinin iyunun 25-26-da Polşaya səfər edəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Polşa Xarici İşlər Nazirliyi iyunun 16-da Kiyevdən Zelenskinin səfəri ilə bağlı rəsmi nota alıb.

Bildirilib ki, Ukrayna Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın yenidən qurulmasına həsr olunmuş konfransda iştirak edəcək.

Qəzet qeyd edir ki, səfər Ukrayna və Polşa arasında son vaxtlar fikir ayrılıqları fonunda baş tutur. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları”nın adının verilməsi iki ölkə arasında narazılığa səbəb olub.

Məlumata görə, bu səbəbdən Zelenskinin Polşaya səfərinin baş tutub-tutmayacağı bir müddət sual altında idi. Lakin son məlumatlar Ukrayna prezidentinin tədbirdə iştirak etmək niyyətində olduğunu göstərir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…