"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem La Liqada "Barselona" ilə matçda dubl edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 21-ci əsrdə ilk El Klassikoda 2+ qol vuran ilk Real Madrid oyunçusu oldu.
Bellinqhem İspaniya çempionatında "Real"ın heyətində 10 oyunda 10 qol vurub. Maraqlıdır ki, əfsanəvi fransız futbolçu Zinəddin Zidan heç vaxt "Real Madrid"in heyətində bir mövsümdə bu qədər qol vurmayıb.
Zidanın ən yaxşı nəticələri 2002/03 və 2005/06 mövsümlərində vurduğu 9 qol olub. Ümumilikdə o, “Real”ın heyətində 227 oyun keçirib və 49 qol vurub.