Əsas məzmuna keç

İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

Mayamidəki “Hard Rok” stadionunda Norveçi məğlub edən İngiltərə yarımfinala yüksəldi. Cud Bellingemin dublu ilə nəticələnən gərgin matçın təfərrüatları burada.

en ru

, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mundialın əsas favoritlərindən hesab olunan İngiltərə millisi 1/8 finalda Braziliyanı mübarizədən kənarlaşdıran Norveçlə qarşılaşıb. Mayamidəki “Hard Rok” stadionunda təşkil olunan qarşılaşma ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Hesabı 36-cı dəqiqədə Norveç millisinin hücumçusu Andreas Şelderup mükəmməl qolla açıb. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Cud tarazlığı bərpa edib. Əlavə vaxtda (93-cü dəqiqə) daha bir qol vuran Bellingem İngiltərə yığmasını yarımfinala yüksəldib.

1/4 finalın sonuncu oyunu vaxtı ilə saat 05:00-da Argentina və İsveçrə yığmaları arasında olacaq. Bu cütün qalibi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Fransa və İspaniya milli komandaları yarımfinala vəsiqə qazanıblar. Mundiala iyulun 19-da yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…