Əsas məzmuna keç

Belçika AŞ baş katibi vəzifəsinə Aİ komissarının namizədliyini irəli sürüb

Belçika AŞ baş katibi vəzifəsinə Aİ komissarının namizədliyini irəli sürüb

Belçika Avropa İttifaqının ədliyyə və qanunun aliliyi üzrə komissarı Didye Reyndersi Avropa Şurasının (AŞ) baş katibi vəzifəsinə namizəd kimi irəli sürüb....

Belçika Avropa İttifaqının ədliyyə və qanunun aliliyi üzrə komissarı Didye Reyndersi Avropa Şurasının (AŞ) vəzifəsinə namizəd kimi irəli sürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belçikanın “Le Soir” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

“Belçika hökuməti çərşənbə günü qərargahı Strasburqda yerləşən bu Avropa təşkilatının baş katibi vəzifəsinə Didye Reyndersin namizədliyini rəsmən irəli sürüb”, – nəşr yazıb.

Bu, avrokomissarın AŞ baş katibi vəzifəsini əldə etmək üçün ikinci cəhdi olacaq.

Xatırladaq ki, AŞ baş katibi seçkiləri iyun ayında keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…