Operativ Məlumat Mərkəzi

Belarusda onlarla T-72 tankı modernləşdirilir

1 dəq
Paylaş:
Belarusda onlarla T-72 tankı modernləşdirilir
bu barədə Belarus hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb. “Hazırda 140 saylı təmir zavodunun obyektlərində yüzdən çox zirehli silah və...

Belarusda 100-dən çox zirehli silah və texnika, o cümlədən 30 ədəd T-72 tankı modernləşdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belarus hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda 140 saylı təmir zavodunun obyektlərində yüzdən çox zirehli silah və texnikanın, o cümlədən T-72BM2 səviyyəsinə qədər 30 ədəd T-72 tankının əsaslı təmiri və modernləşdirilməsi işləri aparılır",

Bildirib ki, ölkədə mexanikləşdirilmiş birləşmələrin və tank hərbi hissələrinin yeni və modernləşdirilmiş zirehli texnika modelləri ilə təchiz edilməsi davam etdirilir.

“Təkcə son bir neçə ayda 10 yeni BTR-82A zirehli transportyoru və 10 xüsusi “Tiger” maşını Belarus ordusunun xidmətinə daxil olub”, - deyə bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər