Əsas məzmuna keç

Belarusa hücumla bağlı yenidən təhdidlər səsləndirildi

Belarusa hücumla bağlı yenidən təhdidlər səsləndirildi

Mixaylo Podolyakdan Aleksandr Lukaşenkoya sərt xəbərdarlıq: Ukrayna Belarusdakı strateji hədəfləri vurmaqla bağlı planlarını açıqlayıb. Detallar xəbərimizdə.

en ru

Prezidenti Volodimir Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyak Belarusa qarşı təhdidlər səsləndirərək, Ukraynanın öz ərazisindəki bütün əsas obyektləri məhv etməyə qadir olduğunu iddia edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Belarus daxilindəki məsafələri nəzərə alsaq, bütün ərazinin atəş altında olduğuna əmin ola bilərsiniz. Lazım gələrsə, əsas hədəflər məhv ediləcək", - deyə o bildirib.

Podolyak həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun ünvanına xarakterli açıqlamalar verib.

"Sizi xəbərdar edirik, hər hansı bir addım atmazdan əvvəl onun nəticələri, o cümlədən şəxsi nəticələri barədə düşünmək lazımdır", - o bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…