Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib

2 dəq
Paylaş:
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə küləkli ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət İdarəsi (BDYPİ) intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, qaydalarına ciddi riayət etməyi xahiş edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BDYPİ-nin ilə bağlı yol hərəkəti iştirakçılarına ünvanlandığı müraciətdə bildirilib.

Qeyd olunub ki, qoşqulu, tentli, uzunölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər: “Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur. Həmçinin piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, - deyə müraciətdə vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax