Əsas məzmuna keç

Bayram günlərində hərbi orkestrlər və hərbi qulluqçuların yürüşləri keçiriləcək

Bayram günlərində hərbi orkestrlər və hərbi qulluqçuların yürüşləri keçiriləcək

Zəfər Günü münasibətilə noyabrın 8-də Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılır. Bu barədə “Operativ Məlumat...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Zəfər Günü münasibətilə noyabrın 8-də Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa noyabrın 9-da , Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.

Noyabrın 8-i saat 16:00-dan 18:00-dək hərbi orkestrlər aşağıda göstərilən ünvanlarda nümunəvi çıxışlar edəcəklər:

- parkı (Heydər sarayının qarşısı);

- Filarmoniya parkı;

- Fəvvarələr meydanı;

- Koroğlu parkı;

- Sahil parkı;

- Zabitlər parkında.

Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

Bakı şəhəri üzrə:

- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - Dəniz vağzalı;

- Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - Çəmbərəkənd parkı - "İçərişəhər" metrosu - İçərişəhər Qala Qapısı - Dövlət Kukla teatrı, Azneft dairəsi - Bəhram Gur heykəli;

- Nərimanov heykəli - Mərkəzi - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış Parkı - Heydər Əliyev Sarayı - Azərbaycan Respublikası Mərkəzi Bankı - "28 Mall" Ticarət mərkəzi;

- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı.

Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvan şəhərlərinin mərkəzi küçə və prospektləri.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 2 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 3 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 55 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…