"Bayer"in futbolçusu Florian Virtz yay transfer pəncərəsində komandasını dəyişə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Məlumata görə, "Bayern" yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Alman nəhəngi 21 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Mümkün sövdələşmə 140 milyon avro dəyərində qiymətləndirilir.
Florian bu mövsüm 35 oyuna çıxıb, 15 qol vurub və 11 məhsuldar ötürmə edib.