Əsas məzmuna keç

"Barselona" Karim Adeyeminin transferi üçün hərəkətə keçdi

"Barselona" Karim Adeyeminin transferi üçün hərəkətə keçdi

Kataloniya təmsilçisi Dortmund “Borussiya”sının vingeri Karim Adeyemini heyətinə qatmaq niyyətindədir.

en ru

İspaniyanın "" klubu "Borussiya"sının vingeri Karim Adeyemini etmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə tanınmış Romano məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi 24 yaşlı almaniyalı futbolçunun transferi ilə bağlı Dortmund klubuna rəsmi sorğu göndərib.

Bildirilib ki, Karim Adeyemi də karyerasını "Barselona"da davam etdirməyə müsbət yanaşır. Hazırda tərəflər arasında danışıqlar davam edir və transferin baş tutması üçün klublar arasında razılıq əldə olunmalıdır.

Qeyd edək ki, Karim Adeyeminin transfer dəyəri təxminən 40 milyon avro qiymətləndirilir. Futbolçunun "Borussiya" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 39 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…