"Qarabağ" "Bayer"ə məğlub oldu - YENİLƏNİB

"Qarabağ" "Bayer"ə məğlub oldu - YENİLƏNİB
15.03.2024 01:57
Aa
dəq

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, komanda 1/8 final mərhələsinin cavab matçında "Bayer 04"ə uduzub - 2:3.

***

"Bayer 04" Almaniyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda fərqi azaldıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 72-ci dəqiqədə meydan sahiblərində Ceremi Frimponq fərqlənib.

Hazırda Azərbaycan çempionu 2:1 hesabı ilə öndədir.

***

"Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci qolu vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 67-ci dəqiqədə Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib.

Hazırda Azərbaycan çempionu 2:0 hesabı ilə öndədir.

***

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesab açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan çempionu meydan sahiblərini məyus edib.

58-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

***

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu