Operativ Məlumat Mərkəzi

Bayden: "Blinken Çində çox yaxşı iş gördü"

1 dəq
Paylaş:
Bayden: "Blinken Çində çox yaxşı iş gördü"
Bayden iqlim dəyişikliyi ilə mübarizə siyasətini müzakirə edəcəyi Kaliforniya ştatının Palo Alto şəhərində jurnalistlərin suallarını cavablandırıb....

ABŞ prezidenti Co Bayden Çinə rəsmi səfər edən dövlət katibi Antoni Blinkenin “çox yaxşı iş gördüyünü” deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Bayden iqlim dəyişikliyi ilə mübarizə siyasətini müzakirə edəcəyi Kaliforniya ştatının Palo Alto şəhərində jurnalistlərin suallarını cavablandırıb.

Pekində olan xarici işlər naziri Antoni Blinkenlə görüşüb-görüşmədiyini soruşduqda Bayden onunla milli təhlükəsizlik müşaviri Ceyk Sullivan vasitəsilə əlaqə saxladığını bildirib.

Bayden, "Blinken çox yaxşı bir iş gördü" deyərək, bu mövzuda doğru yolda olduqlarını və Blinkenin səfəri ilə Çinlə əlaqələrdə irəliləyiş əldə edildiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər