Əsas məzmuna keç

ABŞ milli maraqlarına zidd olan beynəlxalq sazişlərdən imtina edir

ABŞ milli maraqlarına zidd olan beynəlxalq sazişlərdən imtina edir

Dövlət katibi Marko Rubio Birləşmiş Ştatların "Paris Sazişi"ndən çıxmasını ölkənin iqtisadi artımı və təhlükəsizliyi üçün vacib addım kimi qiymətləndirib.

ru en

Birləşmiş Ştatlar ölkənin milli maraqlarına xələl gətirən müqavilə və təşəbbüslərdə iştirakını dayandırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin Marko Rubio özünün "X" hesabında paylaşım edib.

Diplomatın bu bəyanatı Vaşinqtonun üzrə "Paris Sazişi"ndən çıxması fonunda səslənib.

Rubio qeyd edib ki, sözügedən sənəd ABŞ-da qiymətlərin artmasına səbəb olur, iqtisadi inkişafı ləngidir və ölkənin milli təhlükəsizliyini zəiflədir.

Məlumat üçün bildirək ki, "Paris Sazişi" 12 dekabr 2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 21-ci konfransında qəbul edilib. ABŞ-nin hazırkı lideri Trampın birinci prezidentlik dövründə ölkə 4 noyabr 2019-cu ildə rəsmən sazişdən çıxmışdı. Tramp ikinci müddətinə başladıqdan sonra yenidən ölkənin bu sazişdən çıxması barədə müvafiq fərman imzalayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…