Əsas məzmuna keç

Yunanistanda miqrant qayığı qəzasında ölənlərin sayı artıb

Yunanistanda miqrant qayığı qəzasında ölənlərin sayı artıb

Yunanıstan səlahiyyətlilərindən verilən açıqlamada daha 3 nəfərin cəsədinin fəlakətin baş verdiyi bölgədə tapılaraq yarılma üçün Kalamata limanına...

sahillərində qəzasında Yunanıstan mühafizəsinin səhlənkarlığı ilə bağlı iddialar hər gün daha çox dilə gətirilərkən, fəlakətdə həyatını itirənlərin sayı 81-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan səlahiyyətlilərindən verilən açıqlamada daha 3 nəfərin cəsədinin fəlakətin baş verdiyi bölgədə tapılaraq yarılma üçün Kalamata limanına aparıldığı bildirilib.

BBC-nin qlobal gəmi izləmə kəşfiyyat saytı MarineTraffic-in izləmə məlumatlarına əsaslanaraq, qayığın təxminən 7 saatdır dənizdə hərəkətsiz qaldığı iddiası Yunanıstan Sahil Mühafizəsi tərəfindən rədd edilib.

Yunanıstan Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada gəminin yaxınlıqdakı 2 tankerdən su və qida əlavəsi almaq üçün cəmi 4,5 saat dayandığı və tədarükdən sonra gəminin aşağı sürətlə 6 mili irəlilədiyi iddia edilib.

Açıqlamada qayığın Yunanıstan səlahiyyətliləri tərəfindən aşkarlanmasından sonra cəmi 30 dəniz mili qət etdiyi iddia edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…