Operativ Məlumat Mərkəzi

"Bavariya" Noyer üçün əvəzedici tapdı

1 dəq
Paylaş:
"Bavariya" Noyer üçün əvəzedici tapdı

Ukrayna millisinin və "Real Madrid" komandasının qapıçısı Andrey Lunin karyerasını başqa bir Avropa klubunda davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbrə verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

25 yaşlı ukraynalı futbolçuya Münxen "Bavariya"sı maraq göstərir. Lunin Almaniya çempionu üçün prioritet seçimdir.

Qeyd edək ki, Andrey 2018-ci ilin yayından Madrid qrandının rənglərini qoruyur. Tərəflər arasında qüvvədə olan müqavilənin müddəti 2024/2025 mövsümünün sonunda başa çatır.

Transferin dəyəri 16 milyon avro olaraq qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər