Qapıçı Yan Sommer bu yay "Bavariya"nı tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.
Mənbənin məlumatına görə, baş məşqçi Tomas Tuxel qapıçı Manuel Noyerin gələn mövsüm hazır olacağını gözləyir. Bu səbəbdən Sommer ilə yollar ayrıla bilər.
Xatırladaq ki, Sommer 2023-cü ilin yanvarında "Bavariya"ya keçib.