Operativ Məlumat Mərkəzi

Batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq ölüb

1 dəq
Paylaş:
Batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq ölüb

Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.

Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər