Əsas məzmuna keç

Batan gəmidən xilas edilən suriyalı miqrantlar ölkələrinə təhvil verildi

Batan gəmidən xilas edilən suriyalı miqrantlar ölkələrinə təhvil verildi

Tripoli sahillərində batan qayıqda 21 nəfər xilas edilib. Kiprə keçmək istəyən miqrantların faciəvi aqibəti və ağır yaralıların son durumu ilə bağlı təfərrüat.

en ru

Sentyabrın 9-da Livanın şimal sahillərində batan gəmidən xilas edilən bir qrup qanunsuz Əl-Aridə sərhəd-keçid məntəqəsində hakimiyyətinə təhvil verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, sentyabrın 8-də Livan Hərbi Dəniz Qüvvələrinin əməkdaşları sudan 21 Suriya vətəndaşını xilas ediblər.

Onların Kiprə qanunsuz yolla getməyə çalışdıqları gəmi Livanın şimalındakı Tripoli limanı yaxınlığında yanaraq batıb.

Gəmidə ümumilikdə neçə nəfərin olduğu hələlik məlum deyil. Livan sahillərində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xilas edilənlərdən üç Suriya vətəndaşı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…