Əsas məzmuna keç

AK qəfil miqrant axınına cavab olaraq yeni tədbirlər hazırlayır

AK qəfil miqrant axınına cavab olaraq yeni tədbirlər hazırlayır

Ursula fon der Lyayen sığınacaq qaydalarını sərtləşdirir: Avropa İttifaqı qanunsuz köçkünlərin kütləvi deportasiyası və müraciətlərin dayandırılmasını planlaşdırır.

en ru

Avropa Komissiyası (AK) Avropa İttifaqı ölkələrinin və kütləvi axını zamanı daha operativ reaksiya verməsinə imkan yaradacaq yeni hüquqi tədbirlər hazırlayır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, yeni təşəbbüslər arasında müəyyən qrupların koordinasiyalı şəkildə geri qaytarılması da yer ala bilər.

Nəşrin məlumatına görə, bu planları sentyabrın 16-da Avropa Komissiyasının Prezidenti Ursula fon der Aİ-də vəziyyətlə bağlı illik çıxışı zamanı açıqlaya bilər.

Fon der Lyayen ötən həftə Aİ ölkələrinin səfirləri ilə keçirilən nahar zamanı qrup şəklində deportasiya ideyasına toxunub.

“Politico”nun mənbəsi bildirib ki, bu təklif iştirakçılar tərəfindən ümumilikdə müsbət qarşılanıb.

Məlumata görə, Avropa Komissiyası həmçinin müəyyən hallarda və konkret şəraitdə Aİ ölkələrinin sığınacaq müraciətlərinə baxılmasını dayandıra biləcəyi vəziyyətlərlə bağlı hüquqi tövsiyələr təqdim edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…