Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropada meşə yanğınları davam edir: Fransada vəziyyət nəzarətdədir

2 dəq
Paylaş:
Avropada meşə yanğınları davam edir: Fransada vəziyyət nəzarətdədir

Fransanın Sebastyan Lekornu ölkə ərazisində davam edən meşə yanğınlarının artıq nəzarət altına alındığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, xüsusilə Bordo yaxınlığındakı şam meşələrində baş verən və 1949-cu ildən bəri ən böyük yanğın kimi qiymətləndirilən hadisədən sonra Jironde departamentində vəziyyət yaxşılaşmağa başlayıb. Yanğınlar nəticəsində təxminən 42 min meşə sahəsi məhv olub, 200-dən çox ev dağılıb və 200 mindən artıq insan təxliyə edilib.

Fransanın naziri Loran Nunez bildirib ki, ilin əvvəlindən etibarən ölkədə ümumilikdə 119 min hektar meşə sahəsi yanğınlardan zərər görüb. Rəsmilər hava şəraitinin yenidən pisləşəcəyi təqdirdə qabaqlayıcı tədbirlərin tətbiq oluna biləcəyini qeyd ediblər.

Avropanın digər ölkələrində isə vəziyyət hələ də gərgin olaraq qalır. Yunanıstanda güclü küləklər meşə yanğınlarının yayılmasını sürətləndirib. Afinanın -qərbində yerləşən Porto-Germeno bölgəsində yanğınsöndürənlər, və təcili yardım qüvvələri alovun qarşısını almaqda çətinlik çəkirlər. Küləyin sürətinin saatda 73 kilometrə çatması söndürmə əməliyyatlarını mürəkkəbləşdirir.

Yunanıstanda Agiya Paraskevi, Kryo Piqadi və Agios Nektarios yaşayış məntəqələrindən sakinlər təxliyə olunub. Yanğının yayılmasının qarşısını almaq məqsədilə helikopterlərdən də istifadə edilir.

İspaniyada isə Leon əyalətində yeni yanğın ocaqlarının aktivləşdiyi bildirilir. Bununla yanaşı, Zamora və Kastelyon bölgələrində vəziyyətin qismən yaxşılaşdığı qeyd olunur.

Ekspertlər Avropada meşə yanğınlarının artmasını uzunmüddətli istilər, quraqlıq və qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax