Əsas məzmuna keç

Baş İdarə 42 kq narkotik aşkar etdi - Böyük əməliyyat

Baş İdarə 42 kq narkotik aşkar etdi - Böyük əməliyyat

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi qanunsuz maddələri dövriyyədən çıxarıb. Müsadirə edilən vasitələr və saxlanılanlar barədə şok təfərrüatlar xəbərimizdə.

en ru

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən zamanı 42 kq və 460 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir. Paytaxt və ətraf ərazilərdə keçirilən tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıblar. Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin və Sumqayıt şəhərlərində narkokuryerlik etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…