Kataloniya təmsilçisi “Barselona” yanvar transfer pəncərəsi üçün mümkün yeni oyunçuların siyahısını genişləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiya millisinin və Lissabon “Sportinq”inin hücumçusu Luis Suarez “Barselona”nın qısa siyahısına daxil edilib.
Luis Suarezin “Sportinq”dəki göstəriciləri
28 yaşlı hücumçu ötən ilin yayından Lissabon klubunda çıxış edir. Onun “Sportinq”lə qüvvədə olan müqaviləsi 2030-cu ilin iyununun sonunda başa çatır.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir. Luis Suarez bu mövsüm Portuqaliya çempionatında yeddi oyuna çıxıb və altı qol vurub.