Operativ Məlumat Mərkəzi

Banqladeşin keçmiş baş nazirinin həbs müddəti 5 il artırılıb

1 dəq
Paylaş:
Banqladeşin keçmiş baş nazirinin həbs müddəti 5 il artırılıb
Hasina 5 il, bacısı 7 il, Tulip Siddiq isə 2 il həbs alıb.İş Purbaçoldakı Rajuk Yeni Şəhər layihəsi üçün torpaq ayrılması zamanı yol verilən...

Banqladeşdə məhkəmə keçmiş baş nazir Şeyx Hasinanı, bacısı Şeyx Rehananı və qardaşı qızı – Britaniya parlamentinin üzvü Tulip Siddiqi korrupsiya ittihamı ilə həbs cəzasına məhkum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Hasina 5 il, bacısı 7 il, Tulip Siddiq isə 2 il həbs alıb.

İş Purbaçoldakı Rajuk Yeni Şəhər layihəsi üçün torpaq ayrılması zamanı yol verilən qanunsuzluqlarla bağlıdır. Prokurorlar torpağın qanunsuz əldə edildiyini bildirir.

Bu, Hasinaya qarşı çıxarılan son aylardakı ikinci hökmüdür – ötən həftə o, daha üç ittihama görə 7 il cəza almışdı. Noyabrda isə Beynəlxalq Cinayət Tribunalı onu soyqırımı və insanlığa qarşı cinayətlərə görə qiyabi ölüm cəzasına məhkum edib.

Şeyx Hasina 2024-cü ilin avqustundan Hindistandadır və ölkəsindəki kütləvi iğtişaşlardan sonra qaçıb. Dəkkə onun ekstradisiyasını tələb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər