Banqladeşdə müvəqqəti hökumət başçısı təyin edilmiş Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun inaqurasiyası olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Yunus ölkə konstitusiyasını qoruyacağına, onun tələblərinin icrasına dəstək olacağına and içib.
Andiçmə mərasimi paytaxt Dəkkədə prezident sarayında baş tutub.
Mərasimə əvvəlki baş nazir Şeyx Həsinənin partiyasından heç kim qatılmayıb.
Xatırladaq ki, Şeyx Həsinə özü də tələbələrin hökumətə qarşı keçirdiyi etiraz aksiyaları və 400-dən çox insanın ölümünə səbəb olan kütləvi qarşıdurmalardan sonra vəzifəsindən istefa verərək Hindistana qaçıb.
Məhəmməd Yunusun kabinetində tələbə hərəkatına liderlik edən Nahid İslam və Asif Mahmud da yer alır. Yusuf tələbə hərəkatının əldə etdiyi nailiyyəti ikinci müstəqillik adlandırıb. Hindistanın baş naziri Narendra Modi də yeni hökumətə ən xoş arzularının çatdırdığını və qonşu ölkə ilə sülh, təhlükəsizlik və tərəqqi üçün birlikdə çalışmağa hazır olduqlarını deyib.