Əsas məzmuna keç

Banqladeşdə qarşıdurmalarda ölənlərin sayı 90-ı ötüb - VİDEO

Banqladeşdə qarşıdurmalarda ölənlərin sayı 90-ı ötüb - VİDEO

Banqladeşdə hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı etirazçılarla polis arasında son 2 gündə yaranmış qarşıdurma ölənlərin sayı 90-ı ötüb....

Banqladeşdə hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı etirazçılarla polis arasında son 2 gündə yaranmış qarşıdurma ölənlərin sayı 90-ı ötüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 13-ü polis əməkdaşıdır.

Onlar Siracqanc şəhərində minlərlə şəxs polis məntəqəsinə hücum edən zaman öldürülüblər.

Ümumilikdə, aksiyalar başlayandan indiyə kimi polislə qarşıdurmada 280-dən çox şəxs öldürülüb, 10 min adam həbs olunub.

liderləri bütün ölkədə mülki itaətsizliyə çağırış etdikdən sonra iğtişaşlar daha kəskin xarakter alıb. Şeyx Həsinənin istefasını tələb edirlər. bütün ölkədə komendant rejimi elan edib.

Təşkilatı insan hüquqları qurumları Banqladeş xalqı və təhlükəsizlik qüvvələrini zorakılıq törətməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, etirazçılar bu gün üçün paytaxt Dəkkədə daha bir genişmiqyaslı yürüş planlaşdırıblar. Etirazlar hökumət işləri üçün müəyyən edilən kvotalara görə başlayıb. Banqladeşdə hökumət işlərinin 30 faizi 1971-ci ildə müstəqillik müharibəsində döyüşən veteranların qohumları üçün nəzərdə tutulurdu. Hərəkat Ali Məhkəmə tərəfindən kvotanın 5 faizə endirilməsinə nail olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…