Operativ Məlumat Mərkəzi

Bakıya avtomobillə girişə qadağa qoyulur? - AÇIQLAMA

2 dəq
Paylaş:
Bakıya avtomobillə girişə qadağa qoyulur? - AÇIQLAMA
COP29 ilə əlaqədar məktəblərdə payız tətili noyabrın 12-22-nə təyin edildi. Ali məktəblər distant keçəcək.

Noyabrın 11-dən 22-dək Bakıda beynəlxalq və bir o qədər nüfuzlu tədbir olan COP29 keçiriləcək.

Tədbirlə əlaqədar ölkədə orta məktəblərdə payız tətilinin vaxtı dəyişdirilib. Nazirlər Kabinetinin qərarına görə, məktəblərdə payız tətili noyabrın 12-dən 22-dək olacaq. Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda peşə və ali məktəblər distant təhsilə keçiriləcək.

Habelə COP29-la əlaqədar dövlət orqanlarında iş rejimi dəyişəcək dövlət orqanları əməkdaşlarının 30 faizi yerində, işçilərin qalan 70 faizi evdən işləyəcək.

Bakıya rayonlardan gediş-gəlişin intensiv olduğunu və şəhərdə yarana biləcək tıxacları nəzərə alsaq, COP29 ilə əlaqədar şəhərə minik avtomobilləri ilə gediş-gəlişə məhdudiyyətlərin qoyulacağı geniş müzakirə olunur.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirdi ki, paytaxta maşınlarla girişə qadağa qoyulması Avropa Oyunları və pandemiya zamanı tətbiq olunub. Belə bir təcrübədən istifadə olunub. COP29 zamanı əgər belə bir qadağa qoyularsa dövlətimiz heç bir çətinlik yaşamayacaq.

“Düşünürəm ki, daha ağır tədbirlər görülməyəcək. Bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Sosial media, televiziyalar vasitəsilə vətəndaşlarımızın daha az nəqliyyat vasitələrindən istifadə etməsi, zərurət yaranmadığı halda olduqları yeri tərk etməmələrinə çağırışlar edilməlidir. Belə olduğu halda şəhərdə tıxac azalacaq. Fikrimcə hər hansı ağırlaşdırıcı metoddan istifadə edilməyəcək və paytaxta minik avtomobili ilə girişə qadağa qoyulmayacaq”.

Bu, sərnişindaşımada effektiv nəticə vermədi"

Bu xəbəri paylaş

Oxşar xəbərlər