Operativ Məlumat Mərkəzi

Bakının bir hissəsinin istilik təchizatı kəsilib

1 dəq
Paylaş:
Bakının bir hissəsinin istilik təchizatı kəsilib
Bakı şəhərinin Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatında qəza ilə bağlı müvəqqəti fasilə yaranıb. "Azəristiliktəchizat" ASC-dən "Operativ...

Bakı şəhərinin Əhmədli qəsəbəsinin bir hissəsinin istilik təchizatında qəza ilə bağlı müvəqqəti fasilə yaranıb.

"Azəristiliktəchizat" ASC-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Əhmədli qəsəbəsinin bir hissəsini istilik enerjisi ilə təchiz edən magistral istilik xəttində qəza baş verib. Qəzanın operativ olaraq aradan qaldırılması üçün lazımi işçi qüvvəsi və xüsusi texnikalar səfərbər edilib, onun ən qısa zamanda aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülməkdədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər