Operativ Məlumat Mərkəzi

Bakıda yaşayış binasında baş verən yanğın tam söndürülüb

1 dəq
Paylaş:
Bakıda yaşayış binasında baş verən yanğın tam söndürülüb

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə FHN-dən bildirilib.

Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində binanın dam örtüyündəki yanğının mənzillərə keçməsinə imkan verilməyib. Həmçinin, hadisə zamanı xəsarət alan olmayıb.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər