Əsas məzmuna keç

Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti uzadılıb

Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti uzadılıb

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar verilib. Bununla...

en ru

Bakıda saxlanılan vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı təqdimatlara Rayon Məhkəməsində baxılıb.

Cavad Cavadlı APA-ya açıqlamasında bildirib ki, bu gün keçirilən məhkəmə proseslərində dəstə üzvlərinin hər biri barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Onun sözlərinə görə, müdafiə etdiyi Rusiya vətəndaşı ilə bağlı qərardan apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, sözügedən şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmiş, oktyabrın 28-də isə Xətai Rayon Məhkəməsi tərəfindən həbs müddəti 3 ay uzadılmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…